Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Jirinovski ağıllanıb?

RLDP sədri Rusiyadakı milli icmalara səsləndi: “Antirus bəyanatlara münasibət bildirin... Təhqir və alçaltma heç vaxt müsbət effekt vermir”

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyadakı milli icmaları internet resurslarında öz həmyerlilərinin milli zəmində düşmənçiliyi yayan çıxışları əleyhinə çıxmağa dəvət edib. Modern.az xəbər verir ki, V.Jirinovski yazıb: “Rusiyadakı milli diasporlar bu antirus bəyanatlara niyə münasibət bildirmirlər? Ayrı-ayrı yerlərdə artıq partlayışlar var. Birlikdə bu partlayışlar qanlı üsyana çevriləcək. Bunun qarşısını almaq üçün bu gün tədbirlər görmək lazımdır. Mən bütün milli diasporlara müraciət edirəm ki, buna münasibət bildirsinlər. Yazılanlar çox iyrəncdir və yaxşı heç nə vəd etmir. Bu yalnız müharibə və terror marağında olanlar üçün xoşdur. Təhqir və alçaltma heç vaxt müsbət effekt vermir”.
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.1