Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2020

İranın neft gəmisi Venesuelaya çatıb

İranın Venesuelaya göndərdiyi 5 neft tankerindən birincisi artıq Venesuelaya məxsus su məkanına daxil olub.
Bu haqda həm Venesuelanın yerli mənbələri, həm də “Reuters”, “Associated Press” və “Rasa Today” kimi xarici medialar xəbər verib.

Neft tankerinin Venesuelaya çatmasını İranın Karakasdakı səfiri də təsdiq edərək bu haqda öz Tvitter səhifəsində yazıb və gəmiyə aid video paylaşıb.
“Rasa Today” digər 4 tankerin də Venesuelaya tərəf hərəkətdə olduğunu bildirib.
Amerikanın “Associated Press” xəbər agentliyi “İran neft gəmisi Amerikanın sanksiyalarını qırdı” başlıqlı yazı dərc edərək yazıb: “İranın 5 neft tankeri şənbə gününün axır saatlarında Venesuela sularına daxil olub. Bununla da Venesuelanın yanacaq böhranı müvəqqəti olaraq həll olacaq.
Fortune neft tankeri Karibbean dənizi sularından Venesuela səmtinə yan alarkən Amerikanın müdaxiləsi ilə üzləşməyib.”

“Associated Press” əlavə edib: “İran prezidenti Həsən Ruhani şənbə günü İranın Venesuelaya səmtinə üzən gəmisi barədə Amerikaya xəbərdarlıq etmişdi.
Amerika rəsmiləri isə İran gəmilərini saxlamaq barədə planlarının olmamasını bildirdilər.”
Xəbər agentliyi Amerikanın Miamidəki dənizçilik səlahiyyətlilərinə istinadla bildirib ki, digər gəmi 3, ya 3 gün yarımdan sonra Venesuelaya çatacaq.
Qeyd edək ki, Amerika İran gəmilərinə maneçilik yaratmaq üçün 4 döyüş gəmisi və 1 qırıcı göndərdiyini elan etmişdi. Lakin İran prezidenti və silahlı qüvvələri Amerikanın hər hansı müdaxiləsinə qarşılıqlı cavab veriləcəyi barədə xəbərdalıq etdilər.
223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP