Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2020

Azərbaycanda hansısa məmurun oğru olmadığına inanırsınızmı?

(Vicdan əhlinə müraciət)

Güya Azərbaycanda iki məmura – mədəniyyətdən uzaq nazirliyin sabiq başçısı Əbülfəs Üzüqara və DSX rəisi – el üçün yox, talamaq, soymaq üçün yaşayan Quliyev... Sən demə Britaniyadan Azərbaycana rəsmi məlumat veriblər ki, bu insanların Britaniyaya daşıdığı var-dövlət barədə dövlət maraqlansın, ola bilər oğurluqdur.
İndi ortaya belə bir sual çıxır: məgər bu insanlar arasında ümumiyyətlə oğru olmayan varmı? Bir məmuru hansı vətəndaş barmağını qatlayıb deyə bilər ki, bu məmur oğru deyil. Mənə elə gəlir ki, heç biri barədə bu sözü deyə bilməz. Çünki insanlar belə düşünür ki, indiki məmurlar hakimiyyətdə olduqları müddət ərzində ancaq talayıb məhv eləməklə məşğul olublar.

Baxın, bir məsələ faktdır. Əziz oxucu, əlini vicdanına qoy, insaflı bir şəkildə düşün. Bu sözləri kimdənsə eşidəndə, yaxud oxuyanda düşünməyin ki, bu sözlərin müəllifləri, yazanlar, çap edənlər dövləti gözü götürməyənlərdir. Əsla, biz zatən xalqın, müsəlman ümmətinin, dövlətinin bəqasını arzu edirik. Heç elə bilin ki, bu söz sizin qulağınıza qeybdən gəlib. Nə reaksiya verərdiniz? Hər bir vicdanlı təbii ki, deyəcək ki, bəli, bunlar talayır, xalqı soyur, incidir, əziyyət edirlər. Bunlar bunda artıq deyillər. Bəs nə üçün bu sözləri hansısa bir tənqidçidən eşidəndə deyirsiniz ki, bunların gözü xalqı götürmür. Axı insaflı olan hər bir şəxs bizim sözlərimiz və tənqidlərimizlə razılaşır.

İmam Əli (ə) buyurur ki, sözü kim deyirsə, deyənə baxma, bax gör nə deyir. Deməli, dediyi mühümdür. Özünə baxsan deyəcəksən ki, əşşi, bu getsin işiylə məşğul olsun. Amma deyənin kim olduğunu görməsən, gözlərini yumub qulaqlarını açsan, görəcəksən ki, Allah bəndəsi düz deyibmiş.
293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP