Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2020

İdlibdə Türkiyə əleyhinə geniş aksiya

Suriyada İdlibin şəhər və kəndlərinin əhalisi bu gün (bazar ertəsi) aksiya keçirərək Türkiyə və onun dəstəklədiyi terrorçulardan onların öz evlərinə dönmələrinə maneçilik törətməmələrini tələb ediblər.
“Əl-ərəbiyyul-cədid” xəbər agentliyinin yazdığına görə, İdlib-Sarmin magistral yolunda baş tutan “Qayıdış tufanı” adlı aksiyada əhali Türkiyə ilə yanaşı Cəbhətun-nusrə terrorçuları əleyhinə də şüarlar səsləndirib.
Səraqib şəhərindən gəlmiş aksiya iştirakçısı Məhəmməd əl-Xani deyib: “Türkiyə öz vədinə əməl etmədi. Etirazçılar Ərdoğanın köçkünlərin qayıdışı barədə öz sözünə əməl etməsini tələb edirlər.”
Digər iştirakçı Hüseyn əl-Qasimin fikrincə, Rusiya və Türkiyə arasında İdlib razılaşması köçkünlər məsələsini bağlı qoyub. Hüseyn Türkiyədən Soçi və Astana razılaşmalarına əməl etməsini və köçkünlərin öz evlərinə qayıtması üçün şərait yaratmasını istəyib.
235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP