Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Əli İnsanov hakimləri ayağına gətirtdi

Keçmiş səhiyyə naziri Əli İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqda Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi şikayət üzrə Bakı Apelyasiya Məhkəməsində bu gün hökm çıxarılıb. Əli İnsanov məhkəmənin qərəzli aparılmasına etiraz olaraq prosesə qatılmayacağını bəyan etmişdi. Lakin keçmiş nazir Bakı Apelyasiya Məhkəməsinə məcburi qaydada gətirilib. Bununla belə İnsanov məhkəmə zalına getməkdən imtina edərək, dustaqların gözləmə otağından çıxmayıb. Belədə hakimlər məcbur olub, gözləmə otağına gediblər və hökmü keçmiş nazirin üzünə orada oxuyublar. Məhkəmə İnsanovun 11 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb.
Əli İnsanov məhkəmə heyətinə bildirib ki, hökm sifarişli və ədalətsizdir, bununla ondan intiqam almaq məqsədi güdülür. “Belə qərarlarla məni sındırmaq olmaz. Mübarizəmi sona qədər aparacam”, - deyə İnsanov bildirib.

Keçmiş nazirin vəkili Toğrul Babayev “Azadlıq” qəzetinə deyib ki, hökmdən birbaşa Avropa Məhkəməsinə şikayət edəcəklər./azadlıq/
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı