Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2020

Maduro İrana təşəkkür etdi: Cəsur dost...

Venesuela Prezidenti Nikolas Maduro İrana göndərdiyi neft tankerləri üçün təşəkkür edib.

Prezident bu barədə ölkə mətbuatına açıqlamasında deyib.

“Bu dünyada Venesuelanın cəsur dostları var. Həm Venesuela, həm də İran sülh istəyir. Sərbəst ticarət etmək hüququmuz var. Mən İran Prezidenti Həsən Ruhaniyə və Ali Dini Lider Əli Xameneiyə təşəkkürümü bildirirəm”, - N.Maduro vurğulayıb.

Qeyd edək ki, İranın Venesuelaya göndərdiyi 5 neft tankerindən 3-cüsü artıq ünvana çatıb. Digər tankerlər isə iyunun 1-nə kimi göndəriləcək.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP