Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2020

Türkiyə dəstəkli terrorçular oğurladıqları əmlaka görə bir-birlərini qırdılar

Suriyanın “SANA” rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə, Türkiyəyə bağlı terrorçular Suriyanın şimal-şərq bölgəsindən oğurladıqları əmlaka görə bir-birləri ilə toqquşublar.
Yerli mənbələr “SANA”-ya bu barədə bildirib ki, Firqətul-həməzat terror qrupunun üzvləri Rəsul-Eyn şəhərinin Eynul-hisan kəndi yaxınlığında bir-birlərini əhalinin əmlakını oğurlayaraq, onu heç bir əlaqələndirmə olmadan Türkiyə ərazisinə aparmaqda günahlandırıblar. Onların mübahisələri toqquşmaya çevrilib.
Yerli mənbələrin bildirdiyinə görə, muzdurlar yüngül və yarımağır silahlardan istifadə ediblər. Nəticədə bir neçə terrorçu ölüb və yaralanıb, döyüş gedən məntəqədə əhalinin buğda və arpa tarlaları yanıb.
“SANA”-nın verdiyi xəbərə görə, Türkiyə öz dəstəyində olan terrorçular arasında toqquşmalara son qoymaq üçün ötən ay Rəsul-Eyn şəhərinə bir neçə hərbi avtomobil göndərmişdi.
207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP