Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2020

Türkiyə dəstəkli terrorçuların toqquşması dinc əhalini ölümə verdi

“SANA”-nın verdiyi xəbərə görə, Türkiyənin dəstəyi altında olan terrorçular Afrin şəhərində bir-birlərinə silah çəkiblər. Terrorçular arasında baş verən bu toqquşmada 5 dinc sakin həlak olub.
“SANA”-nın terrorçu və muzdur adlandırdığı silahlılar Firqətul-Həmzə və Türkiyəyə bağlı digər terrorların üzvləridir. Onların arasındakı toqquşma zamanı 2-si uşaq olmaqla 5 nəfər dinc sakinin həlak olmasından əlavə, ümumi və xüsusi əmlaka da ciddi ziyan dəyib.
“SANA” bildirib ki, terrorçu qruplar bir-birlərinin qərargahlarına hücum ediblər və onları yandırıblar. Habelə, toqquşmada bir neçə terrorçu ölüb və yaralanıb.
16 mayda da Afrinin Culqan və Fəqiran kəndlərində Türkiyəyə bağlı terrorçular arasında silahlı atışma baş vermişdi və bir neçə terrorçu ölmüş və yaralanmışdı.
Habelə, dünən Rəsul-Eyn şəhərində də terrorçular arasında silahlı qarşıdurma baş vermişdi.
Son aylarda Türkiyə dəstəkli terrorçu qruplar arasında əsasən əhalidən oğurlanmış əmlakın bölünməsi və Türkiyəyə daşınması üstündə tez-tez silahlı toqquşmalar baş verir.
199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP