Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2020

Ayətullah Amili: İran və Azərbaycan...

Azərbaycan Respublikasının “Avrasiya” və “Ovqat” informasiya agentlikləri həzrət Ayətullah Amilinin mübarək Ramazan ayının on doqquzuncu və iyirmi üçüncü gecələri münasibətilə keçirilən mərasimlərdə son media fitnələri və bəzi müxalif qüvvələrin sosial şəbəkələrdə İran İslam Respublikası əleyhinə hərəkətləri barədə etdiyi çıxışı əks etdiriblər.

Qafqaz Həqiqətləri xəbər verir ki, “Avrasiya” informasiya agentliyi yazıb: “Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili mübarək Ramazan ayının 19-cu gecəsində son dövrlərdə mediada müşahidə olunan fitnə-fəsadlara və kiber məkanda bəzi müxaliflərə işarə edərək buyurmuşdur ki, Azərbaycan xalqı bizim qardaşımızdır. İran İslam Respublikası həmişə Azərbaycan xalqını dəstəkləyir. Ermənilər işğalçıdırlar və Qarabağı tərk etməlidirlər.”

Habelə, “ovqat.com” saytı yazıb ki, Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili mübarək Ramazan ayının 19-cu və 23-cü gecələrində keçirilən mərasimdə deyib:

“İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz. İran və Azərbaycan xalqı iki dövlətdə olan bir millətdir.

Bizim keçmiş tariximiz, mədəniyyətimiz, dinimiz, dilimiz, ləhcəmiz, əcdadlarımız, qəbilələrimiz, incəsənət xadimlərimiz, şairlərimiz, fəqihlərimiz, təqlid mərcələrimiz, qəhrəmanlarımız və qəhərmanlıq dastanlarımız və s. bütün bunlar birdir. Onların izzət və başucalığı bizim izzətimizdir. Onların dərd və sıxıntısı bizim dərdimiz və sıxıntımızdır, Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir. Qarabağın işğalını öz torpaqlarımızın işğalı kimi hiss edirik.

Azərbaycan müxalifəti bu günlərdə mediada İran əleyhinə səs-küy yaratmışdır. Zəhmət olmasa bunu da yazsınlar ki, ABŞ-ın artıq onuncu ştatı qondarma “Qarabağ respublikası”nı rəsmən tanıyıb və senatın rəhbəri artıq bu sənədi imzalayıb. Yazsınlar ki, qondarma respublikanın bütün büdcəsi ABŞ tərəfindən təmin olunur. Yazsınlar ki, ABŞ oraya getmək üçün viza rəsmiləşdirir. Yazsınlar ki, Birləşmiş Ştatlar BMT TŞ-nın Qarabağ barəsində qəbul etdiyi qətnamələrin icrasına mane olur.

Azərbaycan xalqı diqqətli olmalı və bilməlidir ki, nə üçün bu gün Azərbaycanın İran əleyhinə ssneraristləri Amerikanın Qarabağ barəsindəki cinayətlərindən bir kəlmə də danışmır və yazmırlar? Nə üçün Qarabağın işğal olunmasının əsas səbəbkarının ABŞ olduğunu yazmırlar?”
259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP