Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2020

"Qaraların həyatı vacibdir" aksiyasına daha üç ölkə qoşuldu - Foto

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Avropa ölkələrində də aksiyalar keçirilib.

Almaniya, İngiltərə və Danimarkanın paytaxtlarında yüzlərlə insan küçələrə çıxaraq "qaraların həyatı vacibdir" şüarı ilə aksiyalara başlayıblar.

Qeyd edək ki, mayın 26-dan Minneapolisdə polislə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları davam edir. Vətəndaşlar polis tərəfindən güc tətbiq etməklə saxlanılan və saxlanıldıqdan bir neçə saat sonra boğularaq öldürülən yerli sakin, qaradərili Corc Floydun ölümünə etiraz olaraq küçələrə çıxıblar. Sonra qaradərililərə qarşı zorakılıq əleyhinə hərəkatın tərəfdarları (“Qaraların həyatı vacibdir”) küçələrə çıxıb. Etirazlar qarışıqlığa, qarətlərə, atışmalara və yanğınlara çevrilib. Etiraz aksiyalarını yatırtmaq üçün şəhərə Milli Qvardiyanın bölmələri və zirehli texnikalar daxil olub. Şəhərdə komendant saatı tətbiq olunub.


248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP