Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2020

Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib

ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib.

Bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, qərar şənbə gecəsi etirazların ən qızğın vaxtı verilib. Buna ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları təkid edib.

CNN-in məlumatına görə, Tramp sığınacaqda bir saatdan az vaxt keçirib. Ailə üzvlərinin də orada olub-olmaması hələlik məlum deyil.

Nəşr qeyd edir ki, bəzi işçilərə iğtişaşların yenidən başlanması təhlükəsi səbəbindən Ağ Evə işə gəlməmələrinə icazə verilib./report/
215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP