Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Çempionlar Liqası: 1/8 mərhələ davam edir

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri davam edir.

Bu gün daha iki qarşılaşma keçiriləcək. Günün ilk start fiti Rusiyada səslənəcək. “Zenit” doğma azarkeşləri qarşısında Dortmund “Borussiya”sını qəbul edəcək. Sankt-Peterburq klubunu ötən mövsümün finalçısı qarşısında çətin oyun gözləyir. Növbəti matç isə Yunanıstanda keçiriləcək.

İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə “Olimpiakos”un qonağı olacaq. Əfsanəvi baş məşqçiləri Aleks Ferqussonun gedişindən sonra daxili çempionatda işləri heç də uğurlu alınmayan “qırmızı şeytanlar” ÇL-də adlarına layiq yerə gəlmək istəyirlər.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına sabah keçiriləcək "Qalatasaray" - "Çelsi" və "Şalke" - "Real" qarşılaşmaları ilə yekun vurulacaq. Çempionlar Liqası, ilk oyunlar 25 fevral (çərşənbə axşamı) 23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) 21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)
1636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi