Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Ərdəbil-Bakı aviareysi açıla bilər

"Ərdəbil və Parsabad şəhərlərindən Bakıya aviareysin açılması məsələsi gündəmdədir və biz bunu etməyə hazırıq". Bunu İranın Ərdəbil şəhər hava limanı rəisinin icraiyyə məsələləri üzrə müavini Məhəmməd Qəssabi bu gün Ərdəbil-Bakı və Ərdəbil- İstanbul aviareyslərinin açılması məqsədi ilə təşkil olunmuş iclasda çıxışı zamanı deyib.

Bu barədə İRNA agentliyi xəbər verir.
Qəssabi deyib ki, Ərdəbil-Bakı aviareysinin açılması üçün hazırda Ərdəbil hava limanında nəqliyyat və tranzit infrastrukturu gücləndirilir və Ərdəbil hava limanında bu aviareysin açılması üçün lazimi potensial mövcuddur.
İclasda çıxış edən İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının Ərdəbil əyaləti üzrə idarəsinin rəhbəri Yəhya Təqizadə deyib ki, ötən 9 ay ərzində Ərdəbil əyalətinə 391 min nəfər Azərbaycan vətəndaşı səfər edib.
Y.Təqizadə bildirib ki, 2008-ci ildə Azərbaycandan Ərdəbil əyalətinə 41 min nəfər səfər etmişdi, bu rəqəm ötən il (İranda il martın 20-də dəyişir) 430 min nəfər təşkil edib.

Onun sözlərinə görə, Ərdəbil əyalətinə gələn Azərbaycan vətəndaşlarının 49 faizi müalicə məqsədi ilə səfər edirlər.
Y.Təqizadə Ərdəbilin turizm, ticarət və müalicə potensialını göstərmək məqsədi ilə İranda və Azərbaycanda müştərək sərgilərin təşkil olunmasını və bu sərgilərdə Azərbaycanın turizm şirkətlərinin də iştirakının zəruriliyini vurğulayıb.
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat