Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Hələbdəki müxalif silahlıların mövqeləri hədəfə alınıb

Hökümət ordusu Hələbin strateji əs-Səfirə rayonuna aviazərbələr endirib.

SalamNews-un Əlcəzirə telekanalına istinadla verdiyi xəbərə görə, hökümət ordusu müxalifət silahlılarının Hələbib əs-Səfirə şəhərindəki mövqelərini havadan və yerdən raket atəşinə tutublar. Bu rayonda kimyəvi maddələrin olduğu bir obyektin olduğu bildirilir.

Hələbin əl-İzaə rayonundada tərəflər arasında şiddətli qarşıdurmalar baş verib.

Qarşıdurmalar Hələbin digər bölgəsi Tələrin qəsəbəsində də davam edib. Radikal silahlı qruplaşmalar və yerli kürdlər arasında gedən qarşıdurmalarda mülki vətəndaşlardan xeyli sayda ölən olub.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu son sutkanın qarşıdurmalarında ölkədə 90-dan çox insanın həlak olduğunu deyib.

Bu arada Suriyada münaqişənin dayandırılması üçün nəzərdə tutulan “Cenevrə-2” danışıqlarının keçirilməsi ümidləri doğrulmağa başlayır. Rəsmi Moskava, gələn ayın əvvəllərində toplantının baş tutması üçün BMT və ABŞ rəsmiləri ilə bir araya gələcəyini bəyan edib.
1541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14