Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Vitali Kliçko: “Prezident olmaq istəyirəm”

Ukraynanın “ZƏRBƏ” Partiyasının lideri Vitali Kliçko prezident olmaq istəməsi ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirib.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, Kliçko bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.

“Bəli, mən Ukrayna prezidenti olmağa iddialıyam. Tam əminəm ki, Ukraynada oyun qaydalarını bütünlüklə dəyişmək lazımdır. Ədalət lazımdır. Əminəm ki, bunu etmək olar”,- Kliçko bildirib.

Jurnalistin “Özünüzü yeni kabinetdə görürsünüzmü?” sualına isə onun cavabı belə olub: “Mən özümü görmürəm”.
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP