Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Fətullah Gülən hansı deputatlarımızı satın alıb? - Fotofakt

Millət vəkili Zahid Orucun bu gün Milli Məclisdə “Gülən camaatı” tərəfindən Azərbaycanın 20 millət vəkilini pulla ələ almasına reaksiya verməsi və bunu şər, böhta və təxribat adlandırması diqqəti həmin deputatları üzərinə yönəldir. Kimdir bu deputatlar və hansı media qurumları bu barədə xəbər paylaşıblar?

Ceyhun Osmanlıya 100 min manat?

“Haqqımızda yayılan iddiaların heç bir əsası yoxdur. Məktubda adı keçən olay və məktub saxtadır”.

Bu sözləri Çağ Öyrətim Azərbaycan şirkətinin rəhbəri Ənvər Özərənin vəkili, hüquqlarını qoruduğu şəxs haqqında yayılan ittihamlara cavab verərkən dedi. Xatırladaq ki, Fətullah Gülənin millət vəkili Ceyhun Osmanlıya seçki təbliğatı üçün 100 min manat, “xidmət hərəkatı”nın işində iştirak etdiyi üçün əlavə hər ay 5 min manat verilməsi barədə Fətullah Gülənin imzası ilə Ənvər Özərənə məktub göndərildiyini və məktubun surətini “Politika.az” saytı yayıb.

Ənvər Özərənin vəkili Emin bildirdi ki, Çağ Öyrətim şirkətinin rəhbəri heç kimə pul verməyib və yayımlanan sənədin heç bir əsası yoxdur:

“Ənvər bəylə danışdım və qərara gəldik ki, həmin saxta sənədi yayımlayan xəbər saytını məhkəməyə verək. O sənədin saxta olduğunu Gülən xocanın əsl imzasını o məktubun altına qoyulan saxta imza ilə tutuşdurmaqla da aydınlaşdırmaq olar”.

Hansı imza saxtadır, hansı gerçək?

Məktubla bağlı internetdə kiçicik araşdırma etdik. Fətullah Gülənin rəsmi imzası sayılan imza ilə sözügedən sənədin üzərindən imzaları müqayisə də etdik.

Fərqi şəkillərdə özünüz də görə bilərsiniz.

Qeyd edək ki, millət vəkili Ceyhun Osmanlı ilə əlaqə qurmaq cəhdlərimiz alınmadı./axar/


1662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi