Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Putin tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin Suriyaya yardımların artırılması ilə bağlı xüsusi tapşırıq verib.

Rusiya prezidenti Vladimir Putin Suriyaya yardımların artırılması ilə bağlı xüsusi tapşırıq verib. Bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb. Qərb diplomatlarına istinad edilən xəbərdə bildirilir ki, son həftərlər onlarla rus generalı, hərbçi və mütəxəssisi Suriyaya gedib. Onların bir qismi Suriya baş qərargah rəisinin xüsusi müşavirləri vəzifəsində, digərləri isə idarənin müxtəlif şöbələrində çalışırlar. Sözügedən hərbçilərin digər bir hissi də əməliyyatlara rəhbərlik edir. Bundan əlavə Rusiya hökuməti logistik və təhlükəsizlik sahəsində Suriya ordusuna yardımları xeyli miqdarda artırıb. Qəzetin yazdığına görə, bütün bu yardımlar Rusiya prezidentinin birbaşa tapşırığı əsasında reallaşıb./faktxeber/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02