Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

“Sovetski” məhəlləsinin ağsaqqalı və oğlu saxlanılıb

“Sovetski”də ədalətli kompensasiya verilməsi tələbi ilə keçirilən aksiyalarda fəallıq etmiş məhəllə ağsaqqalı Hacı Məmməd Faziloğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə “Sovetski”nin ağsaqqalları məlumat veriblər.

Bildirilib ki, ötən axşam Hacı Məmməd və oğlu idarəyə çağırılıb və dünəndən orada saxlanılır. Onlar səhərə qədər nə baş verəcəyini gözləmək üçün mətbuata bu barədə açıqlama verməyiblər.

Ağsaqqallar bildiriblər ki, Hacı Məmməd və onun oğlunun saxlanılması “Sovetski” sakinlərinin qəzəbinə səbəb olub. Əgər yaxın iki saat ərzində onların hər ikisi azadlığa buraxılmazsa, bu zaman kütləvi etiraz aksiyalarına başlayacaqlar./deyerler/
1440 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı