Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

“Ayət” namazını qılmaq vacibdir

Ay və günəş tutulan zaman “Ayət” namazını qılmaq vacibdir - alim
Müsəlmanlara qılınması vacib olan namzlardan bir də “Ayət” namazıdır.

SalamNews xəbər verir ki, bu gecə Azərbaycanın bir sıra bölgələrində ayın tutulması halları baş verəcək. İslam dinində ayın və günəşin tutulması (Xusuf və Kusuf), zəlzələ və xalqın qoxrmasına səbəb olan güclü külək və qasırğaların baş verdiyi halda "Ayət" namazının qılınması fərz edilib. Yalnız belə bir anlardadır ki, insanların əksəriyyəti Allah xövfunu başa düşür və onu axtarmağa başlayır. “Ayət” sözü ərəb dilində Allahın nişanələri və ya əlamətləri deməkdir. Baş verən təbii hadisələrin hamısı Allahın yer üzündə göstərdiyi nişanələr və əlamətlərdir.

“Ayət” namazını camaat şəklində qılmaq daha çox savaba malikdir. Bu namaz sübh namazı kimi iki rükətdən ibarətdir. Amma sözügedən namazın hər rükətində oxunan kiçik surə 5 yerə yəni beş ayəyə bölünərək hər ayədən sonra bir ruku yerinə yetirilməlidir.

Tanınmış hədis alimi Əllamə Məclisi “Bəharul-Ənvar” kitabında bu namazın ilk dəfə peyğəmbər tərəfindən qılındığını nəql edib.
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı