Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

“Görünür, Allah da istəyir ki, diktatorlar bu dünyada cəzalarını alsınlar”

AXCP sədri Əli Kərimli Ukraynada xalqın tələbi ilə razılaşmayan keçmiş prezident Viktor Yanukoviçin devrilməsinə maraqlı rakursdan münasibət bildirib. AXCP sədri Facebook səhifəsində yazır ki, Yanukoviçin, bütün avtoritar rəhbərlər sayağı, xalqla hesablaşmayıb belə sonluqla hakimiyyətdən getməsinə Allahın təqdiri kimi də baxmaq olar:

“Görünür, Allah da istəyir ki, xalqının var-dövlətini talayanlar, ona zülm edənlər, qanını tökənlər elə bu dünyada cəzalarını alsınlar. Cəmi bir neçə ay öncə Yanukoviçin imkanı var idi ki, bütün etdiklərinə rəğmən, vaxtında geri çəkilib, xalqın tələbini qəbul etsin, ukraynalıların Avropa Birliyi istəyini gerçəkləşdirsin, gələnilki seçkini də demokratik keçirib, adam kimi hakimiyyətdən getsin. Bununla da həm Ukraynanı AB-yə aparmış prezident kimi adını tarixə yazsın, həm də özünə ömrünün sonuna qədər firavan və təhlükəsiz həyat təmin etsin.
Amma tək Yanukoviç deyil ki. Miloşeviçdən Hüsnü Mübarəkə, Qəddafiyə, Yanukoviçə qədər bütün diktatorların həyatlarını başqa cür başa vurmaq şansı olub. Bu soyğunçu, saxtakar, zülmkar yaramazların şansı olub ki, uzun müddət zəbt etdikləri hakimiyyətdən yararlandıqdan, rəqiblərinə olmazın zülmünü etdikdən sonra günün birində demokratik seşkilərin keçirilməsinə razılaşsınlar, seçkidə ən güclü rəqiblərinə adam kimi uduzsunlar, sonra da fəxri eks-prezident statusları ilə oğurladıqları milyardları ömürlərinin axırına qədər mənimsəsinlər, varislərinə miras qoysunlar. Amma olmur. Hansısa bir qüvvə onların ağlını alır, bu şansdan məhrum edir. Məncə, Allah özü onların qəlblərini möhürləyir  ki, bu yetim malı yeyənlər, zalımlar, oğrular gec də olsa, cəzalarını elə bu dünyada alsınlar”./azadlıq/
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı