Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2020

Koronavirus Azərbaycan parlamentinin anti-şiə deputatının sionist rejimlə münasibətləri genişləndirmək üçün yeni bəhanəsi

Jun 22, 2020 admin Aktual, Aktual, Arxiv, Islam, mədəniyyat, Sosial, Xəbər lenti, Xəbərlər 0

Azərbaycan Respublikası Milli Məclisinin şiə əleyhdarı və sionist rejimi müdafiəçisi olan deputatı Fazil Mustafa (Fazil Qəzənfəroğlu) korona xəstəliyini bəhanə edərək “İsrail”dən Azərbaycana peşəkar virusoloq gətirilməsini istəyib.

Qafqaz Həqiqətələri “Azpolitika” saytına istinadla xəbər verir ki, Fazil Mustafa deyib: “Vəziyyət çox ağırdır, insanları evlərində saxlamaq lazımdır. İndi yeganə yol təcriddir.”

Deputat əlavə edib: “Kömək lazımdır, istəyək. Əks təqdirdə bizdə Braziliya ssenarisi olacaq.”

O deyib ki, mütəxəssis çatışmazlığına və düşdüyümüz vəziyyətə görə utanmamalıyıq.

Fazil Qəzənfəroğlu təklif edib ki, Azərbaycan Respublikası hökuməti İsrail və Avropadan virusoloq gətirsin.

Bundan əvvəl də, koronavirusun təzə yayıldığı vaxtlarda anti-şiə və anti-İran mövqe sərgiləməkdə məşhur olan sionist rejiminin tərəfdarı Fazil Mustafa “İran yük maşınlarının Qarabağa girişi virus gətirir” ünvanlı şübhəli videogörüntü və Bakının bəzi medialarının İranın Araz çayı üzərində hidroqovşaqlar inşa etməsi kimi saxta xəbərlərin yayılmasını bəhanə edərək “modern” saytına verdiyi müsahibədə təkid etmişdi ki, Bakı sionist rejimi ilə hərbi əməkdaşlığı gücləndirməlidir.

Koronavirusun büruz etdiyi ilk günlərdə Azərbaycan Respublikası səhiyyə səlahiyyətlilərindən biri 5 martda bildirmişdi ki, Bakı koronavirusla bağlı sionist rejimindən mütəxəssis dəvət edəcək. Lakin cinayətkar sionist rejiminin Bakının bu dəvətinə cavab verib-vermədiyi məlum olmadı. Halbuki, Ermənistan KİV-ləri sionist rejimi tibb mütəxəssislərinin bu ölkə prezidenti Armen Sarkisyan və tibb mütəxəssislərilə korona ilə bağlı məsləhətləşmə video-konfransı keçirdiyini xəbər verdilər.

Son günlərdə sionist rejimi prezidenti Reuven Rivlin İlham Əliyevə mesajında bu rejimin korona ilə mübarizədə Azərbaycan Respublikası ilə əməkdaşlıq etdiyini iddia etməklə yanaşı, İlham Əliyevi işğal edilmiş Fələstinə səfər etməyə və sionist rejim başçıları ilə görüşməyə dəvət edib.
372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP