Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2020

Makron yenə təkrarladı: NATO beyin ölümü yaşayır

Fransa və Türkiyə arasında Aralıq dənizində yaşanan insident NATO-nun beyin ölümü keçirdiyini sübut edir.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Mən sizi NATO-nun beyin ölümü haqqında bəyanatıma qaytarıram. Hesab edirəm ki, bir müddət əvvəlki insident bunu parlaq şəkildə nümayiş etdirir”, - o bildirib.

Qeyd edək ki, iyunun 17-də Aralıq dənizində Türkiyə və Fransa gəmiləri arasında insident yaşanıb. Emmanuel Makron insidentlə bağlı açıqlamasında Türkiyənin Liviyada təhlükəli oyun oynadığını bildirmişdi.
280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP