Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2020

Yəmən ordusunun Ərəbistanın paytaxtına raket və dron hücumunun detalları açıqlanıb

Yəmənin “Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (çərşənbə axşamı) bəyanatla çıxış edərək deyib: “Allahın yardımı ilə, biz Ərəbistanın paytaxtı üzərində “saxlayıcısı balans” adlı ən böyük hücum əməliyyatı həyata keçirdik. Bu əməliyyatda Riyad, Cizan və Nəcranda Müdafiə Nazirliyi, Kəşfiyyat Nazirliyi, Salman Hava Bazası və hərbi bazalara hücum olundu.”
Yəhya Sərii vurğulayıb ki, “saxlayıcısı balans” əməliyyatının 4-cü hissəsi çoxlu sayda Quds və Zulfuqar raketləri və dronlar vasitəsilə həyata keçirildi. Bu əməliyyat düşmənin böyük Yəmən xalqına qarşı ədalətsiz mühasirəsi, təcavüzü və vəhşiliyinin davamına cavab idi.
Mətbuat katibi Ərəbistan-Amerika təcavüzkar ölkələrinə xəbərdarlıq edib: “Yəmən və onun xalqını qorumaq bizim qanuni və sabit haqqımız, dini, əxlaqi və milli vəzifəmizdir. Biz mühasirənin aradan qalxmasına, təcavüzkarların cinayətlərinin dayanmasına, ölkəmizin azadlıq və istiqlalının gerçəkləşməsinə kimi düşmən əleyhinə güclü hərbi əməliyyatlarımızı davam etdirəcəyik.”
334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP