Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

“Rəcəb Tayyib Ərdoğanı öldürəcəklər”

Türkiyənin ictimai kanalı TRT-də yayımlanan serialda keçən bir səhnə tamaşaçıları şoka salıb. Yayım günü çərşənbə günləri olan “Kızılelma” (Qızıl alma) serialın həmin səhnəsi artıq sosial şəbəkələrdə rekord həddə izlənib.

Bu səhnədə MİT (Milli İstihbarat Təşkilatı-Türkiyənin xüsusi xidmət orqanı) əməkdaşı ilə MİT-in rəhbər işçilərindən biri arasında keçən dialoq olduqca maraqlıdır.

Türkiyəyə sızmış paralel təşkilatdan bəhs edən MİT əməkdaşı onların hədəfinin Türkiyənin baş naziri olduğunu deyir. Bu səhnənui daha da maraqlı edən isə hər hansı bir prototipdən istifadə olunmadan birbaşa baş nazir Rəcəb Tayyib Ərdoğanın adının çəkilməsidir.

- Cənab müşavir, deyirəm ki, onu öldürəcəklər.
- Kimi, kimi öldürəcəklər?
- Türkiyəyə sızan bu təşkilatın bircə hədəfi var. Baş nazir!
- Baş nazirmi?
- Bəli! Hədəf baş nazirdir. Rəcəb Tayyib Ərdoğan!
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber