Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2020

Huk Nyusam: ABŞ şiddət üzərində qurulub

Əgər bu ölkə bizə istədiyimizi verməsə, biz də bu sistemi kül edib, yenisi ilə əvəz edərik.

Bu sözləri “Black Lives Matter - BLM” (Qaraların Həyatı Dəyərlidir) hərəkatının Nyu York üzrə rəhbəri Huk Nyusam deyib.

O, aparıcının “BLM hərəkatı problemi zorakı yollarla həll etməyə çalışır” sualına belə cavab verib:

“Mövzunu belə açmağınız qəribədir. Çünki bu ölkə şiddət üzərində qurulub. Amerika inqilabı (Müstəqillik müharibəsi - red.) nə idi, diplomatiyamız nədir? Digər ölkələrin daxili işlərinə qarışır, bombardman edir, bəyəndiyimiz liderləri digər liderlərin yerinə qoyuruq. Yəni bir amerikalının bizi zorakılıqla ittiham etməsi riyakarlıqdır”.

Nyusam bildirib ki, üsyanlar olmadıqca qaradərililərin tələbləri də yerinə yetirilmir.
251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP