Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2020

Hindistanda ildırım 107 nəfəri vuraraq öldürüb

Hindistanın şimalında və şərqində ildırımlar 107 insanın ölümünə səbəb olub.

Bu barədə “The Times of India” qəzeti bildirib.

Hakimiyyət orqanlarının məlumatına görə, ildırım Bihar ştatının 83 sakininin ölümünə gətirib çıxarıb, daha 24 insan Uttar-Pradeşdə həlak olub.

Qeyd edilir ki, onların əksəriyyətini ildırım əkin sahələrində iş zamanı vurub. İnsanlar fövqəladə xidmətlərin xəbərdarlıqlarına baxmayaraq, evlərində qalaraq əlverişsiz hava şəraitindən xilas olmaq istəməyiblər.

Hindistanın baş naziri Narendra Modi Bihar və Uttar-Pradeş sakinlərinin həlak olması ilə əlaqədar başsağlığını ifadə edib. Bu ştatların hakimiyyət orqanları həlak olanların ailələrinə maddi yardım göstərəcək.
260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP