Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Qaç, Yanukoviç, qaç

Viktor Yanukoviç üç il 2011-ci ildə Afon dağında eşitdiyi qəmgin öncəgörmənin kölgəsi altında yaşayıb

Ukrayna mətbuatında Yanukoviçin hakimiyyətə başladığı dövrdə üzləşdiyi maraqlı xəbərdarlıqdan bəhs edən yazı dərc olunub.

“Lex Kaçinskinin təyyarəsi ilə bağlı baş verən faciədən az sonra Vaşinqtondan Kiyevə qayıdan Ukrayna prezidenti Viktor Yanukoviçin layneri Atlantika üzərində qəza vəziyyətinə düşür. O zaman nəyin baş verdiyi və pilotların təhlükədən necə sovuşduğu hələ də bilinmir. Ancaq Kiyevə qayıdandan dərhal sonra Yanukoviç Afon dağına yollanır. O zamanlar siyasi isteblişment mühitində Müqəddəs dağa tez-tez səfərlər adi hal idi. Hətta birinci şəxsin gözündən düşənlər rahiblərdən onlara görə ağız açmağı da xahiş edirdi. Bir çox halda bu onların kbməyinə çatırdı.

Yanukoviç isə bu dəfəki səfərində heç nə soruşmadı. Rahiblər özlərin ona 2014-cü ildə siyasi fəaliyyətdən geri çəkiləcəyini dedi.

Əlbəttə ki, bu öncəgörmə ürəkaçan deyil. Yanukoviç isə buna ciddi yanaşdı və Kiyevə qayıdandan sonra mühafizəsini daha da gücləndirdi. Ancaq 2014-ci il yaxınlaşırdı. Hətta qüdrətli Yanukoviç zamanı saxlaya bilmirdi.

2013-cü ilin dekabrında ölkədə başlanan qarışıqlıq 2014-cü ilin fevral ayında Yanukoviçin hakimiyyəti ilə vidalaşması ilə nəticələndi.

Yanukoviçin hakimiyyəti ilə bağlı bu yegaqnə öncəgörmə deyildi. Onun 2014-cü ildə hakimiyyəti ilə vidalaşacağını Karpat cadugəri də demişdi.

2010-cu ilin fevralında Yanukoviçin andiçmə mərasimi günü onun dörd ildən sonra öldürüləcəyi proqnozlaşdırılır.

Bu müddət ərzində isə Yanukoviç üç dəfə xəbərdarlıq alıb.

Birinci xəbərdarlıq hadisəsi elə andiçmə mərasimi günü baş verir. Ali Radanın binasina daxil olan dövlət başçısının qarşısında qəfil qapılar bağlanır. Həmin günlərdə Kiyevin banisin heykəli dağılır. Naməlum Əsgərin məzarı qarşısında isə matəm əklili Yanukoviçin başına düşür. Hər üç hadisədə insan faktoru yox idi. Bu Yanukoviçə xəbərdarlıq idi! Tarixdə belə xəbərdarlıqlar çox olub. Bu tip xəbərdarlıqlar isə adətən yalanla yaşayanlara, ilk növbədə hakimiyyət təmsilçilərinə edilir”. /azadlıq/
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi