Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Bakıda qısqanclıq zəminində qətl törədildi

Nəsimi rayonu 3-cü mikrorayon, Cavadxan küçəsi 34 ünvanında qanlı hadisə baş verib.

Hadisə zamanı Quba rayon sakini 25 yaşlı Hacıbala Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində tanışı, Bakı şəhər sakini 24 yaşlı Pərviz Abdullayev tərəfindən bıçaqlanıb. Hacıbala Haciyev aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra ərazidə Nəsimi rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılıb və hadisə şahidlərinin izahatları alınıb. Qətli törətməkdə şübhəli bilinən Pərviz Abdullayev Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, Pərviz Abdullayev Hacıbala Hacıyevi qısqanclıq zəminində qətlə yetirib. Mərhum hadisəni törədən Pərvizin ailə üzvlərindən birinə söz atdığı üçün o sonda əlini bıçağa atmalı olub.

Paytaxtda digər bir qanlı hadisə də Nəsimi rayonu, Bülbül prorspektində qeydə alınıb. Gecə klublarının birində baş verən mübahisə zamanı Xırdalan şəhər sakini Vüqar Əhmədov Kamran Novruzova çoxsaylı bədən xəsarəti yetirib. Yaralı hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisədən sonra 22-ci Polis Bölməsinin əməkdaşları Vüqar Əhmədovu tutaraq onu istintaqa təqdim ediblər. Hər iki hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı baş verən qətl hadisələrinin dəqiq səbəblərinə aydınlıq gətiriləcək./aznyus/
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber