Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2020

Yəmən ordusundan böyük uğur: 400 kv.km ərəb koalisiyasından təmizləndi

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu gün (bazar ertəsi) mətbuat konfransında böyük bir hərbi əməliyyatın detallarını açıqlayıb.

“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, mətbuat katibi deyib: “Bəyda əyalətində Radman şəhəri və Qaniyyə cəbhəsi düşmən qüvvələrindən təmizləndi və Məarib əyalətində Əbdiyyə şəhərinin böyük hissəsi azad olundu.”

Yəhya Sərii vurğulayıb: “Bəyda və Məaribdə 400 kv.km ərazi azad olundu.”
Mətbuat katibi əlavə edib: “Radmanda təhlükəsizlik təmin edildikdən sonra Qaniyyə və Əbdiyyə cəbhələrində irəliləmək üçün hücum əməliyyatları həyata keçirdik. Qaniyyə və Əbdiyyə əməliyyatında Ərəbistan koalisiyasının bizə qarşı şiddətli hava hücumlarına baxmayaraq düşmənin onlarla möqvei dağıdıldı. Bu əməliyyatda Əbdiyyə şəhərinin bir çox məntəqələri azad olundu və Ərəbistan koalisiyasına ağır ziyan vuruldu.

Əməliyyat 3 gün çəkdi, Beyda və Məaribin 400 kv.km-i azad olundu, düşmən qüvvələrindən 200 nəfər öldürüldü, yaralandı və ya əsir götürüldü. Ən azından 20 zirehli texnika məhv edildi. Bundan əlavə, çoxlu miqdarda silah, Ərəbistan və BƏƏ-yə aid zirehli avtomobil qənimət götürüldü. Bu unikal əməliyyatda Yəmən ordusunun PUA və raket briqadası da iştirak edirdi.”
352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP