Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Yanukoviçin köməkçisi güllələndi

Sabiq Ukrayna prezidentinin köməkçisi Andrey Kluyev ayağından vurulub
Ukraynanın keçmiş prezidenti Yanukoviçin köməkçisi silahlı hücuma məruz qalıb.

Yanukoviçin köməkçisi Andrey Kluyev ayağından vurulub.

Kluyevin mətbuat katibi Artem Petrenko açıqlamasında 23-24 fevral tarixlərində zərərçəkənin evinə 2 hücum təşkil edildiyi və hücumda 20-dən çox adamın iştirak etdiyini dilə gətirib. Kluyevin də bu hücumda ayağından yaralandığını deyib.

Silahlı hücum nəticəsində ayağından yaralanan Kluyev xəstəxanaya çatdırılıb.

Yanukoviçin ən sadiq adamlarından biri olaraq tanınav Kluyevin fevralın 23-ü bazar günü onunla Krımda görüşdüyü və ona vəzifəsindən istefa verməsi ilə bağlı ərizəni təqdim etdiyi bildirilir.
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber