Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

"Suriya döyüşçüləri" sindromu Britaniyaya çatdı

İngiltərə polisi terrora vasitəçilikdə şübhəli bilinən 4 nəfər həbs edib

Britaniyada hüquq mühafizə orqanları Suriya müharibəsi ilə əlaqəli silsilə həbslər həyata keçirib.

Uest Midlends polis idarəsinin verdiyi məlumata əsasən, məşhur hüquq müdafiəçilərindən olan keçmiş Quantanamo məhbusu, Moazzam Beq terrorla əlaqəsi olan qanun pozuntularına görə həbs olunub. Terrorda şübhəli bilinənlərin hüquqlarını müdafiə edən 45 yaşlı Beq Suriyada terrorçu düşərgəsində təlim keçməkdə və ölkə xaricində terror fəaliyyətinə vasitəçilik etməkdə şübhəli bilinir. Bundan başqa eyni ittiham üzrə adları istintaq sirri olaraq gizli saxlanılan 44 yaşlı qadın, onun 20 yaşlı oğlu və 36 yaşlı qadının həbs olunduğu xəbər verilir. Qeyd olunan şübhəli şəxslər Birmingem polis məntəqəsində dindirilib, onların evlərində axtarışlar aparılıb. Həbs olunan hüquqmüdafiəçisi Moazzam Beq 2002-ci ildə Pakistanda həbs olunub və sonradan ABŞ-ın Kubadakı Quantanamo məhbus düşərgəsinə göndərilib.

2005-ci ildə azadlığa çıxdıqdan sonra Beq terrorla mübarizə adı altında törədilən işgəncələrə qarşı kampaniya aparan “Keyc” müdafiə qrupunu yaradıb və yerli kütləvi informasiya vasitələrində müntəzəm olaraq yayımlanıb.

Qeyd edək ki, Britaniyanın kəşfiyyat mənbələri, Bəşər Əsədə qarşı savaşmaq adı altında yüzlərlə Britaniya vətəndaşının Suriyaya yollandığını iddia edir. Britaniya və Avropa hökümətləri Suriya müharibəsindən sonra ölkəyə qayıdacaq döyüşçülərin ölkə üçün potensial təhlükə yaradacağı ilə bağlı artıq bir neçə dəfə narahatlıq ifadə edib./ans/
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP