Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2020

Baş nazir hər şeyi açıb dedi: Amerika bizə silah vermədi, İran isə...

İraqın sabiq baş naziri Nuri Malki bu gün (cümə axşamı) Mosulun süqutu haqda yeni detalları açıqlayıb. O deyib: “Mosulun süqutu İraq ordusu daxilində qüvvələrin geri çəkilməsi və İŞİD qarşısında dayanan hər hansı qüvvənin məhv ediləcəyinə dair fitnə sayəsində baş tutdu.”

“Əl-Məluməh” Xəbər Agentliyinin verdiyi məlumata görə, sabiq baş nazir əlavə edib: “Suriya böhranının yaranması, Suriyada hökumətin İŞİD və Cəbhətun-nusrə terror qrupları vasitəsilə süqut edəcəyinin proqnozlaşması ilə eyni zamanda İraqda aksiya meydanları tam silahlanmış qarnizonlara çevrildi. Dəməşqin süqutunun yaxınlaşması ilə bu terrorçu qruplar Bağdad hökumətini devirmək məqsədilə İraqa girdilər.”

Nuri Maliki açıqlayıb ki, onun hökumət başında olduğu vaxt Vaşinqton iraqlı heyətə bildirib ki, İŞİD-lə mübarizə üçün Bağdada silah verməyəcək. Halbuki, İran və Rusiya İraq ordusuna və könüllü xalq müqavimət qüvvələrinə (Həşd-Şəbi) dəstək vermək üçün öz ordularının silah anbarlarını Bağdadın üzünə açdılar.

Sabiq baş nazir deyib: “Amerikalılar cəbhədə bizim qalib gəlməyimizi istəmirdilər. Onlar İŞİD və terrorizmi dəstəkləyən ölkələr, yaxud 1 il boyunca beynəlxalq magistral yolu bağlayanlar əleyhinə bir kəlmə də olsun danışmadılar.”

O deyib ki, mənim amerikalı qüvvələrin İraqdan çıxması ilə bağlı qərarımdan sonra onlar məni cəzalandırmaq üçün ölkədə hərc-mərcliyə dəstək verdilər.

Nuri Maliki vurğulayıb: “Amerikanın o vaxtkı müdafiə naziri açıq-aşkar dedi: Nə qədər ki, Maliki dövləti hakimiyyətdədir, sizə dəstək verməyəcəyik.”
Hal-hazırda “Qanun dövləti” siyasi koalisiyasının rəhbəri olan N. Maliki deyib: “Mən bir il öncə İŞİD və Suriya səmtindən tayfaçılıq qara tufanının İraqa girməsi, habelə İraq ordusunda parçalanma barədə xəbərdarlıq etmişdim.”

İŞİD terror qrupu 10 iyun 2014-cü ildə Neynəva əyalətinin mərkəzi və Bağdadın 400 km-də yerləşən İraqın ikinci ən böyük şəhəri olan Mosula hücum edərək bu şəhəri işğal etdi və buradan digər məntəqələrə tərəf irəlilədi. Mosulun süqut etməsi, ordu və polis qüvvələrinin qaçmasını göstərən görüntülərin yayılması ilə İraqda İŞİD-lə mübarizə siyasi böhrana düçar oldu.
323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP