Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2020

Suriyada Türkiyə dəstəkli terrorçular bir-birlərini qırdılar

Suriyada fəaliyyət göstərən fəal medialar Təll-Abyad sərhəd şəhərində bir neçə partlayış səslərinin eşidildiyini xəbər veriblər.

Suriya müxalifətinə aid mərkəzi Londonda yerləşən insan haqları təşkilatı bu gün (şənbə) xəbər verib ki, bu partlayışlar Filəqul-məcd və Cəbhətuş-Şamiyyə terror qrupları arasında baş verən qarşıdurmadan sonra baş verib və hər iki qrup Türkiyənin dəstək verdiyi silahlı ünsürlərdir.

İnsan haqları təşkilatı öz mənbələrinə istinadla bildirib ki, bu toqquşmada Cəbhətuş-Şamiyyə terrorçuları Filəqul-məcdin yerləşdiyi mərkəzi bankın binasını işğal edib. İki qrup arasında gedən döyüşdə Filəqul-məcdin iki üzvü ölüb və 7 nəfər yaralanıb.

Türkiyə dəstəyində olan terroçu qruplar dünən də Rəsul-eyn şəhərində bir-birinə qarşı silah çəkmişdilər. Bunun səbəbi hələ ki, məlum deyil. Lakin son günlərdə Türkiyə dəstəkli terrorçular arasında bu qarşıdurmalar artmışdır və bunun əsas səbəbi əhalidən oğurlanmış və zorla müsadirə edilmiş əmlakın bölünməsi, habelə bu terrorçuların Liviyaya göndərilməsi üzərində olmuşdur.
226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP