Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Krım parlamentinin üzərində Rusiya bayrağı qaldırılıb

Nümayişçilər Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb edirlər
Ukraynanın yeni hakimiyyətinə qarşı mitinq keçirən Krım sakinləri Krım Ali Sovetinin üzərində Rusiya Federasiyasının bayrağını qaldırıblar.

Bu barədə jurnalist Oleq Kryuçkov öz “Facebook” səhifəsində bildirib və fotosunu yayıb. Rusiya bayrağı ”Krım Muxtar Respublikasının Yuxarı Radası” sözlərinin üzərinə taxılıb.

Bu gün Krımda 500-ə yaxın sakin Krım Muxtar Respublikasının Yuxarı Radasının binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb edirlər.

İnsanların qarşısına Yuxarı Radanın sədri Vladimir Konstantinov çıxıb və bildirib ki, o, Krımı tərk etmək niyyətində deyil: ”Bu gün Kiyev bizim problemləri həll etmək istəmir. Biz birləşməliyik və qərarlı olmalıyıq. Muxtariyyətin və krımlıların qüvvəsi yetərincədir. Krımda neonasizm keçməz. Biz Krımı satmayacağıq”.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...