Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

İranda namaz qılan robot ixtira olundu (Video)

27 yaşlı Əkbər Rezayi "Veldan" adı verdiyi robotu adi alətlərdən yaradıb

İranda ibtidai məktəb müəllimi uşaqları Allaha ibadətə həvəsləndirmək üçün inovativ metod ortaya qoyub. 27 yaşlı Əkbər Rezayi namaz qılan robot icad edib. Yüksək texnologiyalı ilahiyyatçı, Tehran yaxınlığındakı Əlburz ibtidai məktəbində Müqəddəs Quran dərsləri keçir. O humoid robotu yığmağın yollarını öyrənmək üçün özəl robotexnika kurslarına getməli olub. 

Ənənəvi namaz təlimatları kimi, Əkbər müəllimin robotu namazın necə qılınmalı olduğunu vizual şəkildə göstərir. Onun dediyinə görə, bir balaca qızın oxuyan və rəqs edən robota böyük maraqla tamaşa etdiyini görüb və daha faydalı olan bir robot yaratmaq ideyası doğub. Elə bir robot kimi ondan həm dini həm də əyləncə məqsədləri ilə istifadə etmək olsun – deyə Əkbər müəllim bildirib. 

Ən maraqlısı isə odur ki, İranlı müəllim, robotu adi alətlərdən ev şəraitində yaradıb və bunun üçün yalnız koreya istehsalı olan öyrədici robot-alətləri dəstindən istifadə edib. İranlı robota “Vildan” adını verib. Qurani-Kərimdə qeyd olunmuş bu termin “Cənnət cavanları” mənasını verir. 




1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı