Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2020

Dünyanın ən yaşlı yapışıq əkizləri həyatını itirdi - FOTOLAR

Dünyanın ən yaşlı yapışıq əkizləri Ronni və Donni Qeylon 68 yaşında ABŞ-ın Ohayo ştatında həyatını itirib.

Rekorlar Kitabına girən əkiz qardaşlar 1951-ci ildə 11,5 kiloqram çəki ilə ABŞ-da dünyaya gəlib. 

Həkimlər əkizləri təhlükəsiz şəkildə ayırmanın bir yolunu tapmağa çalışarkən qardaşlar həyatlarının ilk iki ilini xəstəxanada keçirib. Ancaq ailələri uşaqlarının əməliyyatdan sağ çıxmalarının sual altında olduğunu öyrəndikdə əməliyyata razılıq verməyib.

68 il boyunca üz-üzə yaşayan qardaşlar 2014-cü ildə 63 yaşına gəldikləri zaman dünyanın ən uzunömürlü yapışıq əkizləri olaraq Ginnes Rekordlar Kitabına girib. Bir çox sağlamlıq problemləri olan əkizlər həyatlarının son 10 ilini yataqda keçirmək məcburiyyətində qalıb. 

Doğulduqları zaman analarının imtina edib getdiyi, ataları və ögey analarının köməyi ilə həyatda qalan yapışıq əkizlər xəstəxana xərclərini ödəmək və doqquz bacı-qardaşına baxmaq üçün 3 yaşlarından etibarən 37 il sirkdə işləyib. 1991-ci ildə isə təqaüdə çıxıblar.


160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP