Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2020

Venesuela ABŞ-a məxsus təyyarəni vurdu

ABŞ-a məxsus təyyarə Venesuela sərhədini pozduğu üçün vurulub.

Bu barədə Venesuela Silahlı Qüvvələri Strateji Komandanlığı məlumat yayıb.

Bildirilib ki, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus bir təyyarə Venesuela hava məkanında aşkarlanıb və hərbi təyyarədən endirilən zərbə nəticəsində zərərsizləşdirilib.

Sözügedən təyyarənin Havker-800 model olduğu və özəl bir şəxsə aid olduğu bildirilib.

Qeyd edək ki, həmin təyyarə bir gün öncə Meksikanın Toluka əyalətindən Quintana Roo sahillərində yerləşən Kozumel adasına uçuş həyata keçirib.
163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP