Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Çempionlar Liqasında 1/8 final iki qarşılaşma olub

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri davam edir. Ötən gecə daha iki qarşılaşma keçirilib.

Günün ilk start fiti Rusiyada səslənib. “Zenit” doğma azarkeşləri qarşısında Dortmund “Borussiya”sını qəbul edib. Rusiyalılar meydandan 2:4 hesabı ilə məğlub ayrılıb.

Növbəti matç isə Yunanıstanda keçirilib. İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə “Olimpiakos”un qonağı olub. Devid Moyesin komandası ilk görüşdə rəqibinə 2:0 hesabı ilə məğlub olub.


"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4

QOL: Şatov, 58, Hulk, 69-pen - Mxitaryan, 4, Roys, 6, Levandovski, 61, 71


"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0

QOL: Dominqes, 38, Kempbel, 55
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı