Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2020

Zaxarova Trampa lağ etdi: Gözəl və ağıllı raketlər...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın yeni raketlərlə bağlı açıqlamasına rişxənd edib.

Zaxarova ABŞ-ın yeni raketlərlə “təəccübləndirməyə” davam etdiyini bildirib.

“Sürət əladır. Bir də hədəfi müəyyən edə bilsələr... 2018-ci ildə “gözəl, yeni və ağıllı” raketlərin başına nə gəldiyini bilirik”, - deyə Zaxarova bildirib.

XİN sözçüsü bu açıqlaması ilə ABŞ-ın 2018-ci ildə Suriyada təşkil etdiyi hücumda buraxılan 105 raketdən yalnız 22-nin hədəfə dəyməsi olayına eyham vurub.

Qeyd edək ki, Tramp Floridada hərbi qərargahda çıxışı zamanı digər raketlərdən 17 dəfə sürəli raket hazırladıqlarını bildirmişdi.
170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP