Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

26 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 6-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi