Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Rus ordusu Ukraynaya girdi (Video)

Dünən gecə “Ural” maşınlarından ibarət rus hərbi konvoyu Krımın cənubundakı Yalta məntəqəsinə daxil olub.

Bir neçə saat bundan öncə “Ural” maşınlarından ibarət rus hərbi konvoyu Krımın cənubundakı Yalta məntəqəsinə daxil olub.   

Əhali bunu təşvişlə qarşılayıb. Hətta bəzi vətəndaşlar Ukrayna Müdafiə nazirini rus hərbçilərin sərbəst hərəkətinə göz yummaqda qınayıblar və dərhal ölçü götürülməsi tələb olunub.   
 
Təqdim etdiyimiz videoçarxın 1:11 və 1:45 arası xronometrajında rus hərbçilərinin Yalta istirahət mərkəzinə daxil olduğu aydın görünür.
 
Bu arada Krımda yaşayan soydaşlarımız maraqlı status paylaşıb. Rus hərbçilərinin daxil olduğu həmin istirahət zonasına zəng edən həmyerlilərimizə cavab verilib ki, mərkəz müvəqqəti bağlıdır və turistləri qəbul etmir./axar/
 
 
 
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber