Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2020

HƏMAS-dan Ənsarullaha mesaj!

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri Yəmənin Ənsarullah hərəkatına göndərdiyi mesajında Yəmən liderlərinin və xalqının Fələstin işinə kömək etməsindəki rolunu yüksək qiymətləndirib.

Əl-Məsirə televiziyası Ənsarullah hərəkatının HƏMAS hərəkatının siyasi bürosundan məktub aldığını xəbər verib.

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə məktubunda Yəmən liderlərinə və xalqına salam göndərərək, Fələstin yolundakı yardımlarını təqdir edib.
İsmayıl Haniyə, həmçinin millətləri və azad insanları sionist rejimin Fələstin xalqına qarşı hərəkətlərinə və Qərb Sahilini işğal etmək səylərinə qarşı çıxmağa dəvət edib.
Ənsarullah hərəkatının siyasi bürosu da belə bir açıqlama verib: “Fələstin məsələsinə və bu millətin hüquqlarını qəsb edən sionist rejimə qarşı ədalətli variantlara əsaslanaraq, qətiyyətli mövqeyimizi vurğulayırıq”.

Bəyanada Ənsarullahın lideri Seyid Əbdülməlik Əl-Husinin Səudiyyə rejimi həbsxanalarındakı HƏMAS üzvlərini iki pilot və bir sıra digər səudiyyəli əsgərlərlə dəyişdirməyə hazır olduqları ilə bağlı təşəbbüsü bir daha təkrarlanıb.

Fələstin məsələsinə kömək etmək üçün rəsmi və ictimai səviyyədə ciddi və aktiv bir səfərbərliyə çağıraraq, belə qeyd edib: “Fələstin məsələsinə məhəl qoymamaq sionist rejimi ilə ortaq bir cinayətdir və ABŞ-Sionist layihəsinə xidmət etmək üçün açıq bir xəyanətdir”./deyerler/
218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP