Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2020

İrandan Azərbaycana dəstək: Axmaq Ermənistan...

Təbriz, Osku və Azərşəhrin Milli Məclisdəki deputatı doktor Ruhullah Mütəfəkkir Azad Ermənistanla sərhəddə baş verən qarşıdurmaya görə çağırış edib.

O özünün Tvitter səhifəsində erməni silahlı qüvvələrinin Tovuz rayonunda azərbaycanlı əsgərlərə qəfil hücumlarına işarə edərək yazıb:

"Son qarşıdurmada münaqişə tərəflərini təmkinli olmağa dəvət edir və diqqət etməli olduğumuz iki məsələni qeyd etmək istərdim:

1. Hər iki ölkədəki imperialist güclərin, eləcə də İsrail rejiminin fəaliyyəti münaqişənin həllində böyük bir maneədir.

2. Qarabağ Azərbaycan Respublikası ərazisinin bir hissəsidir".

İran İslam Respublikası İslami Şura Məclisinin Urmiyadan olan millət vəkili və parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Ruhullah Həzrətpur isə bu cür qeyd edib:

"Region xalqları Qarabağı işğalçılara təslim etməyəcək. Qəsbkar Ermənistan regionda sabitliyi pozmaq üçün İsrail və ABŞ-ın planlarını icra edir. Ermənistan öz axmaqlıqlarını davam etdirməzdən qabaq bilməlidir ki, region xalqları və ölkələri özlərinin din və dil qardaşlarının yanındadır və islam torpağını bir ovuc işğalçıya təslim etməyəcəklər".
236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP