Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2020

General Qaani Amerika gəmisinin yanmasına münasibət bildirib: Amerikanı ağır günlər gözləyir

“Əl-Aləm”-in verdiyi xəbərə görə İslam İnqilabı Keşikçiləri Qvardiyası Qüds Qüvvələrinin komandiri general İsmayıl Qaani müqavimət komandirləri ilə görüşdə Amerikanın “USS Bonhomme Richard” hərbi gəmisində baş verən yanğına münasibət bildirərək deyib: “Bugün Amerikada baş verənlər, xüsusilə də döyüş gəmisində baş verən yanğın Amerika dövlətinin cinayət və rəftarının nəticəsidir. Allahın vədi budur ki, hər kəs zülm və cinayət etsə, ilahi əzaba düçar olacaq. Bunlar ilahi kəlamların əksinə əməl edərək zülm etdilər, cinayətə mürtəkib oldular. Beləliklə, ilahi qəzəb və əzaba düçar oldular.”

General Qaani vurğulayıb: “Amerikalılar təqsirkar ardınca gəzməsinlər və başqalarını ittiham etməsinlər. Bu, özlərinin alovlandırdığı oddur və öz yaxalarından yapışıb. Onlara deməliyik ki, bu hadisə sizin öz cinayətlərinizdir və öz amilləriniz vasitəsilə baş verib. Allah-Taala Öz əli ilə sizi cəzalandırır.”

Qüds Qüvvələrinin komandanı Amerika dövlətinə səslənərək deyib: “Hələ sizin xoş günlərinizdir. Sizin və sionist rejiminin qarşısında çox ağır günlər və hadisələr vardır.”

General daha sonra deyib: “Həqiqət budur ki, Amerika ordusu çox yorulub və köhnəlib, onun təchizatı bir ovuc dəmirə çevrilib. Çoxdandır ki, Amerika hərbi donanmasının komandanları bu döyüş gəmilərinin dəmir parçasından başqa bir şey olmadığını deyirlər. Amerika düşdüyü pis durumu qəbul etməli, bəşəriyyətə və öz xalqına bundan artıq zülm etməməlidir.”
214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP