Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2020

Ərəbistan Yəməndə dəhşətli cinayət törətdi-25 dinc sakin şəhid oldu

Yəmən mənbələri Ərəbistan qırıcılarının Yəməndə toy mərasimini bombalaması nəticəsində içərisində uşaq və qadınlar da olmaqla 25 nəfərin şəhid olduğunu bildirib.
“Əl-Məsirə” telekanalının Yəmən mənbələrinə istinadla verdiyi xəbərə görə, cinayətkar Ərəbistan qırıcılarının Yəmənin Cəvf əyalətində bir məntəqəyə hücumu nəticəsində 25 dinc sakin şəhid olub. Ərəbistan qırıcıları evlərin birində keçirilən toy mərasimini bombalayıb. Bu vəhşi hərəkət nəticəsində şəhid olanlar arasında qadın və uşaqlar da vardır.
Yəmən mənbələri bildiriblər ki, bu cinayət BMT-nin Ərəbistanı uşaq və qadınları qətlə yetirən ölkələr siyahısından çıxarmasından bir neçə gün sonra baş verir.
Cəvf əyalətinin valisi Amir əl-Mirani deyib: “Düşmən yaxşı bilir ki, hücum etdiyi kənddə heç bir hərbçi yoxdur. Bununla belə, dinc əhalini bombalayır.”
Yəmən Səhiyyə Nazirliyi də açıqlayıb ki, BMT Ərəbistanın adını uşaq və qadınları qətlə yetirən ölkələr siyahısından çıxardıqdan sonra bu ölkə qadın və uşaqlara qarşı cinayətlərini artırıb.
Səhiyyə Nazirliyinin məruzəsində deyilir: “BMT Ərəbistanın adını uşaq və qadınları qətlə yetirən ölkələr siyahısından çıxardıqdan sonra bu cinayətkar ölkənin Yəmən xalqına qarşı həyata keçirdiyi hava hücumları nəticəsində 32 uşaq və 22 qadın şəhid olub və yaralanıb.”
179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP