Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Revmatizm xəstələri üçün albalı

Dr. Ümid Aktaş revmatizm xəstələrinə albalı yemələrini təklif edir.
Onun sözlərinə görə albalı bu xəstəliyin müalicəsində təbii ağrı kəsicilərdən biridir. 20 albalıda 12-25 milliqram antosiyanin maddəsinin tapıldığı və bu maddənin ağrı kəsici təsirinin aspirindən on qat daha çox olduğu müəyyən edilmişdir.
Revmatizmin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir.
Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi (albalı və s.) saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür.
Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır.
Albalının tərkibində olan bəzi minerallar səbəbi ilə bədənin su tarazlığı nizamlanır, bədən gücləndirici tonik funksiyasını yerinə yetirir.
Bundan əlavə albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır, susuzluğu yatızdırır, antiseptik və yüngül zəiflədici xüsusiyyətləri ilə tanınır.
1530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...