Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2020

Təbriz Universitetinin professoru: Azərbaycan dövləti şəhidlərin qanına qarşı həssas olsun

Doktor Məhəmməd Əli Pərğu deyib: “Ümidvaram ki, Azərbaycan dövləti şəhidlərin qanına qarşı həssas olacaq. Çünki gənclər hər ölkənin sərmayəsidir və onların qanından asanlıqla keçmək olmaz.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz Universitetinin professoru doktor Pərğu Azərbaycan hərbçilərinin şəhid olması münasibətilə yazıb: “Öz əzizlərini və igidlərini İslama və vətənə təqdim etmiş Azərbaycan Respublikasının şəhid yetişdirən xalqı ilə həmdərd olduğumuzu bildirir və onlara dəstəyimizi elan etməklə yanaşı Tovuzda bir neçə İslam əsgərinin şəhid olmasına səbəb olmuş erməni ünsürlərinin qəfil hücumunu pisləyirik.

Ümid edirik ki, Azərbaycan dövləti şəhidlərin qanına qarşı həssas olsun. Çünki cavanlar hər ölkənin sərmayəsidir və onların qanından sadəliklə keçmək olmaz.

Mütəal Allahdan əziz şəhidlərə rəhmət, məğfirət və uca məqamlar diləyirik. Ümid edirik ki, müqaviməti gücləndirmək, vəhdət və həmrəyliklə meydanın qalibi olasınız.
166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP