Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2020

Ayətullah Amili Azərbaycan xalqına başsağlığı verib

Ermənistan silahlılarının Azərbaycan ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir.

Bunu Ayətulla Seyid Əli Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amili deyib.

H.Amilinin sözlərinə görə, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayırlar.

Amili əlavə edib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün regional və beynəlxalq dairələrdə Azərbaycanın işğal olunmuş 20% ərazisi, o cümlədən Dağlıq Qarabağın geri qaytarılmasının vacib olduğunu qeyd edib.

Ali Dini Liderin nümayəndəsi şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verib.
209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP