Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Qarabağ qazisi ölüm aclığına başladı

O, sosial ədalətsizlikdən boğaza yığıldığını deyir

Qarabağ qazisi Namiq Ağayev fevralın 24-dən ölüm aclığına başlayıb. Ikinci qrup əlil olan vətəndaş sosial problemlərinin ciddiliyindən və səhhətindən şikayətlənib. Onun sözlərinə görə, illərdir ki, pulsuzluq səbəbindən müalicə oluna bilmir və sağlamlıqla bağlı problemləri ciddiləşib.

Namiq Ağayev Füzulinin Qacar kəndi uğrundakı döyüşdə yaralanıb. O, “Azadlıq”a açıqlamasında bildirib ki, ordu sıralarına könüllü qoşulub: “1993-cü ilin aprelin 2-də 3 yerdən yaralandım. Indi 21 ildir öz haqqımı ala bilmirəm. Metronun ”Neftçilər" stansiyasının yaxınlığında 20 ildir balaca bir stolun üstündə alver edirdim. Ötən il onu əlimdən aldılar. Adını da qoydular ki, küçə ticarəti qadağandı. Iki övladım var. Onları necə saxlayım? Bütün dövlət qurumlarına müraciət etmişəm. Ancaq heç bir nəticəsi olmayıb. Prezident Administrasiyasında olmuşam. Onlar məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndiriblər. Nazirlikdə də etiraf ediblər ki, mənə qarşı saxtakarlıq olub. Bunu da edən Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Veteranları Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyevdi. O məni hər yerdə müxalifətçi kimi təqdim edir. Halbuki Məhi Mehdiyev özü Qarabağ əlili deyil. Saxta yollarla özünə sənəd düzəldib ev, maşın alıb".

Mənzil şəraitinin yaxşı olmadığını, müalicəyə ehtiyacı olduğunu deyən Namiq Ağayev ötən 21 ildə heç cürə haqqını bəra edə bilmədiyini deyir: “Gündən-günə səhətim də pisləşir. Bu gün (dünən - red.) həkim məni müayinə etdi. Dərmanlar yazdı. Ancaq bu dərmanları alan deyiləm. Birincisi pulum yoxdur, ikincisi də haqsızlığa etiraz olaraq ölüm aclığını davam etdirəcəm”./azadlıq/
1343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber