Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Abutalıbovu istefaya çağıran fəal həbs edilib

AXCP Gənclər Komitəsinin fəalı Tofiq Dadaşov 10 sutka inzibati həbs edilib. Bu qərarı fevralın 24-də Binəqədi Rayon Məhkəməsi çıxarıb. O, polisə tabe olmamaqda təqsirli bilinir. Lakin AXCP bu ittihamı və siyasi motivli hesab edir. Partiya hesab edir ki, həbsin əsl səbəbi T.Dadaşovun Facebook-da “Hacıbala Abutalıbova istefa!” qrupunu yaratmasıdır. Qrup Bakı merinin istefası tələbilə fevralın 23-də etiraz aksiaysına çağırış edib. Aksiyaya səbəb H.Abutalıbovun “Azərbaycanda yalnız bir kişi var o da bizim prezidentdir” deməsidir.
T.Dadaşov fevralın 22-də axşam Müşfiq qəsəbəsində kirayə tutduğu mənzilində mülki şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. T.Dadaşovun kompüterini də aparıblar və sonradan Facebook-da aksiyanın ləğvi ilə bağlı onun adından qeyd edilib./Turan/
1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı